"Rusiyanın Qafqazdakı maraqlarını pozmaq cəhdləri intihardır" - Ermənistanın Aİ-dəki səfiri

29-04-2024, 08:54           
"Rusiyanın Qafqazdakı maraqlarını pozmaq cəhdləri intihardır" -
Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan Rusiyanın Cənubi Qafqazdakı maraqlarını pozmaq cəhdlərini "intihar addımı" adlandırıb.

“Report” xəbər verir ki, o, bu barədə “Politico”ya müsahibəsində bildirib.

Diplomat iddia edib ki, Ermənistanın Avropa İttifaqı ilə münasibətlərin möhkəmlənməsinə səbəb olan xarici siyasətindəki dönüş Moskva üçün təhlükə yaratmır.

"Ermənistanın coğrafi mövqeyi bu deməkdir - tarixən və praktik olaraq Rusiya ilə o qədər əlaqələri var ki, yalnız xəyalpərəstlər Ermənistanın Rusiyanın regiondakı maraqlarını pozmağa çalışaraq intihar addımı atacağını düşünə bilər", - T.Balayan deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru