İsveçrə və Səudiyyə Ərəbistanının XİN başçıları Ukrayna ilə bağlı konfransı müzakirə ediblər

29-04-2024, 09:47           
İsveçrə və Səudiyyə Ərəbistanının XİN başçıları Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
İsveçrənin xarici işlər naziri İqnazio Kassis və səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl Səud iyunda Bürgenştokda Ukraynada nizamlanmaya dair yüksək səviyyəli konfransa hazırlığı müzakirə ediblər.

APA xəbər verir ki, onların görüşü Ər-Riyadda (WEF) xüsusi sessiyası çərçivəsində baş tutub.

“Dünya İqtisadi Forumunun Ər-Riyadda keçirilən qlobal əməkdaşlıq, artım və enerji inkişafı üzrə xüsusi iclası çərçivəsində mən həmkarım Faisal bin Farhan Al Saud ilə görüşdüm. Biz ən vacib məsələləri müzakirə etdik və Ukraynada keçiriləcək sülh sammitindən danışdıq”, - İqnazio Kassis sosial şəbəkədə qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru