Dövlət Neft Fondu “Tesla” və “İntel”dən 115 milyon dollarlıq səhm alıb

29-04-2024, 10:38           
Dövlət Neft Fondu “Tesla” və “İntel”dən 115 milyon dollarlıq səhm alıb
Dövlət Neft Fondu “Tesla” və “İntel”dən 115 milyon dollarlıq səhm alıbAzərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) dünya nəhəngi olan “Tesla” və “İntel” şirkətlərinin səhmlərinə investisiya yatırıb.
TEREF xəbər verir ki, bu barədə AZƏRTAC-a Dövlət Neft Fondundan bildirilib.

Məlumata görə, ARDNF-nin səhm portfelinin tərkibində “Tesla”nın 84 milyon dollar, “İntel” şirkətinin isə 31 milyon dollar səhmləri mövcuddur:

“Onların ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı 0,7 faiz və 0,2 faiz təşkil edir. Həmçinin onu da qeyd etmək istərdik ki, gələcəkdə də qeyd edilən “Tesla” və “İntel” şirkətlərinin və digər İT şirkətlərinin ARDNF-nin səhm portfelində olan çəkiləri “MSCI World” indeksinin tərkibinə uyğun şəkildə dəyişəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru