"Biz İranı rüsvayçılıqdan xilas etdik"

8-01-2016, 08:39           

“Bu müharibə bütün dünyaya təsir edəcək qlobal fəlakətin başlanğıcıdır”.

Səudiyyə Ərəbistanı höküməti İranla diplomatik əlaqələri dayandırdı və İslam Respublikası ilə birbaşa münaqişəyə girməmək üçün bu ölkədən öz diplomatlarını geri çağırdı.

Krallığın Müdafiə naziri şeyx Məhəmməd bin Salman bin Əbdül Əziz Əl SəudThe Economist jurnalına müsahibəsində bildirib ki, Səudiyyə Ərəbistanı İran kimi ölkə ilə müharibənin başlanmasına icazə verməyəcək.

“Təsəvvür edin ki, İranda səudiyəli diplomata, və ya onun ailə üzvlərinin birinə, və ya uşağına hücum olunacaq. Onda bu ölkə daha çətin vəziyyətə düşəcək. Biz İranı rüsvayçılıqdan xilas etdik”, - nazir bildirib.

Məhəmməd bin Salman qeyd edib ki, diplomatik missiyanın hər hansı bir nümayəndəsinə hücum “əsl münaqişəyə səbəb olacaqdır”.

“İki ölkə arasında müharibə başlaya bilərmi” sualını cavablandıran Məhəmməd bin Salman bildirib ki, rəsmi Ər-Riyad müharibə barədə heç bir söz işlətməyib.

“Bunu yalnız ağılsızlar istəyə bilər. Çünki Səudiyyə Ərəbistanı ilə İran arasında müharibə bütün dünyaya təsir edəcək qlobal fəlakətin başlanğıcıdır. Əlbəttə ki, biz buna imkan verməyəcəyik”, - o deyib. (oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.