ABŞ-ın məşhur analiz və araşdırma mərkəzi "Stratfor" Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqunun müəmmalı ölümü haqqında şok məlumat yayıb.
Ölkə.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin analitik mərkəzi kimi tanınan "Stratfor" İqor Serqunun Livanda gizli əməliyyat zamanı öldürüldüyünü bildirib.
"Stratfor"un istinad etdiyi kəşfiyyat mənbəsinin bildirdiyinə görə, ölən zaman Serqun Rusiyada olmayıb. O, Livanda olub. Öldükdən sonra onun cəsədini gizli yolla Moskvaya gətiriblər.
Mərkəz iddia edir ki, Serqun Rusiyanın Suriyada əməliyyata başladığı vaxtdan bəri dəfələrlə Beyrutdakı rezidensiyada olub. "Stratfor" dünya kəşfiyyat orqanlarının əsas mərkəzlərinin Livanda olduğunu bildirir.
"Livan həmişə həm də xüsusi xidmət orqanları əməkdaşlarının görüş yeri oldub. Burada dünya ölkələrinin kəşfiyyat orqanlarının qərargahları yerləşir", "Stratfor"un məlumatında belə deyilir.