Kravçukdan Krım haqda eşidilməmiş sözlər

9-01-2016, 20:44           
Kravçukdan Krım haqda eşidilməmiş sözlər
Krım problemi siyasi məsələdir.

Axar.az xəbər verir ki, bunu Ukraynanın “5-ci kanal”ına müsahibəsində Ukraynanın birinci prezidenti Leonid Kravçuk söyləyib. Onun sözlərinə görə, Krıma geniş muxtariyyət vermək lazımdır:

“Biz hökumətdən bu sözləri eşidirik. Əgər biz Ukraynada yaxşı yaşasaq, Krım özü bizim yanımıza geri qayıdacaq. Bu illüziyadır. Krım problemi siyasi məsələdir. Bu, təkcə Ukraynanın yox, həm də Rusiya və dünyanın problemidir. Əsas həll problemi Krıma Ukrayna daxilində geniş muxtariyyətin verilməsidir. Bu tamam başqa məsələdir. Əvvəllər Krımın dövlət muxtariyyəti olmayıb. Mən sizə dövlət muxtariyyətindən danışıram. Məsələn, Cənubi Tirol faktiki ayrı bir dövlətdir, amma İtaliyanın tərkibinə daxildir. İndi burada heç bir problem yaranmır. Biz Krımı heç vaxt yaxşı həyat vədləri ilə geri qaytara bilməyəcəyik. Rusiya buna imkan verməyəcək. Krımı güc yolu ilə qaytarmaq? Siz də başa düşürsünüz ki, bu, real deyil. Müdrik olmaq lazımdır”.

Kravçuk həmçinin 1953-cü ildə SSRİ rəhbəri Nikita Xuruşşovun kürəkəninin Krımla bağlı xatirələrini də danışıb:

“Krım insanları sovet liderindən kömək istəyirdilər. O zaman Xruşşov Kiyevə gəlir və Ukrayna Mərkəzi Komitəsinin katibi Kiriçenkoya Kiyevin Krımı öz öhdəliyinə götürməli olduğunu deyir. Kiriçenko onunla mübahisə edir. Moskvadakı siyasi büro Ukraynanı Krımı öhdəliyinə götürməyə məcbur etdi. Ukraynaya Krımı hədiyyə etməyiblər, zorla veriblər. Biz Krıma 100 milyardlarla dollar yatırdıq ki, yolları, həyatı və digər şeyləri bərpa edə bilək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.