Yaponiyada ancaq bir tələbə üçün işləyən qatar FOTO/VİDEO

10-01-2016, 00:22           

Yaponiyada cəmi bir sərnişin üçün dəmir yolu stansiyası fəaliyyət göstərir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Dəmir Yolları Şirkəti Hokkaydo adasında, ölkənin ən ucqar nöqtələrindən olan Kami-Şiratakidəki stansiyasını cəmi bir gimnaziya tələbəsinə görə bağlamır ki, həmin qız məktəbə gedib gələ bilsin.
Bu səbəbdən də həmin stansiyanı “bir nəfərlik dəmir yolu vağzalı” adlandırırlar.

Yaponiya Dəmir Yolları Şirkətinə məxsus qatar Kami-Şiratakidəki stansiyasında cəmi iki dəfə dayanır – gimnaziya tələbəsi dərsə gedəndə və qayıdanda…

Qeyd edək ki, bu stansiya bir müddət çoxsaylı sərnişinlərə xidmət edib. Lakin Kami-Şirataki ucqar nöqtə olduğundan sakinlər tədricən həmin ərazini tərk ediblər. Bu səbəbdən də nəqliyyat xidmətlərinə xitam verilib.

Ancaq Hokkaydonun bir sakini – gimnaziya tələbəsi hər gün məktəbə gedib-gəldiyindən Dəmir Yolları Şirkəti bu məktəbliyə görə stansiyanın fəaliyyətini dayandırmayıb.

Yaponiya mətbuatının yazdığına görə, Dəmir Yolları Şirkəti nəinki stansiyanı bağlamır, hətta məktəbliyə görə ən ucqar stansiyaya gedən qatarı gimnaziya tələbəsinin dərsə getməsinə və geri qayıtmasına uyğunlaşdırıb. Qatarın hərəkət sxemi məktəblinin vaxtına uyğunlaşdırılıb. Şagird məktəbə gedəndə qatar stansiyaya yaxınlaşır. O, günorta dərsdən qayıdanda isə məktəblini stansiyaya gətirir.

Adı açıqlanmayan məktəbli martın 26-da gimnaziyanı bitirəcək. Kami-Şirataki stansiyası yalnız bundan sonra birdəfəlik bağlanacaq.
İnsanlar Yaponiya hökümətinin maariflənməyi hər şeydən üstün tutmalarını göstərən bu qərarı qarşısında papaq çıxarır. “Mən axı niyə mənə bu cür imkanlar yaradan bir dövlət üçün ölməyi istəməyim?” deyə bir şərh Facebookda yazılan fikirlər arasında yer alır. “Bu ədalətli idarəetmənin nümunəsidir. Hər bir vətəndaş önəmlidir. Heç bir uşaq arxaya atılmamalıdır!”
teref.az
[media=https://www.youtube.com/watch?v=lIhkSYlv-54]














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.