İran geri çəkildi - Öz məmurunu CƏZALANDIRDI
10-01-2016, 13:14

Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyinə edilən hücumlarla əlaqədar şəhər qubernatorunun müavini vəzifəsindən azad edilib.
İran Daxili İşlər Nazirliyi, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücumları pisləyib.
DİN rəsmisi Hüseyn Əli Əmiri bildirib ki, Tehranın general-qubernator müavini Səfər Əli Baratlı vəzifəsinin öhdəsindən vaxtında gəlmədiyinə görə İran daxili işlər naziri Əbdülreza Rəhmani Fəzlinin əmri ilə vəzifəsindən azad edilib.
Hüseyn Əli Əmiri, həmçinin, bu cür hadisələrin baş verməməsi üçün bütün müvafiq qurumların da lazımi tədbir görməli olduqlarını bildirib.
Ə. Əmiri hücumlara görə 60-dək şəxsin saxlanıldığını və istintaqın başlandığını bildirib.
İnsidentlə bağlı İranın xarici işlər nazirliyi (XİN) vətəndaşları səfirlik əməkdaşlarına hörmət etməyə çağıran bəyanat yayıb.
İnsidentdə iştirak edən 60 nəfəri İran polisi həbs edib, eyni zamanda basqınçılar səfirliyin binasından çıxarılıb.
TURKUSTAN.info