İŞİD liderinin müavini öldürüldü - Vaxtilə İraq ordusunda polkovnik olan bu şəxs "Əbu-Qreyb"dən qaçıbmış
10-01-2016, 13:27
İraq Hərbi-Hava Qüvvələrinin Ənbar əyalətini bombardman etməsi zamanı, İŞİD liderinin müavini də məhv edilib.
Strateq.az xəbər verir ki, bu haqda məlumatı İran telekanalları yayıb.
Məlumatda bildirilir ki, Hərbi-Hava Qüvvələrinin hücumu zamanı öldürülən şəxs İŞİD terror qruplaşmasının lideri əl-Bağdadinin əsas adamı - Assi Əli Nasir Əl-Übeydidir: “Kərkük əyalətinin Havica şəhərindən olan İraq ordusunun keçmiş polkovniki Assi Əli Nasir Əl-Übeydi fərariliyə görə həbs edilərək bir müddət “Əbu-Qreyb” həbsxanasında saxlanılıb. 2013-cü ildə həbsxanadan qaçan Əl-Übeydi İŞİD-in komandirlərindən biri kimi, özünə "Əbu Ömər əl Übeydi" adını götürüb. O, həmçinin İŞİD-in Hərbi Şurasına rəhbərlik edib".