Dünya birjalarında neftin qiymətində ciddi dəyişiklik yoxdur.
“Qafqazinfo” xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barrelinin qiyməti 33.75 dollar təşkil edir. Bu, ötən günlərin qiymətləriylə müqayisədə cəmi 0,01 faiz bahalaşmadır.
WTI markalı neftin qiyməti də yaxşı heç nə vəd etmir. Belə ki, bu növ neftin bir barrelinin qiyməti 33,20 dollarda qərarlaşıb.
Qeyd edək ki, neftin qiymətinin 33 dollara düşməsi 2004-cü ilin aprelindən bəri ən aşağı qiymət hesab olunur.