Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqası nazirlərinin təcili toplantısı keçirilib.
Axar.az türk mətbuatına istinadən xəbər verir ki, toplantıda Ərəb Dövlətləri Liqası nazirləri İranı Orta Şərqdəki dövlətlərin daxili işlərinə qarışmaqda ittiham edib. İran həmçinin bölgədə sabitliyi pozmaqda da günahlandırılıb.
Xatırladaq ki, şiə din alimi Nimr ən-Nimrin edamından sonra iki ölkə arasında münasibətlər gərginləşib.