Hindistan hərəkətə keçdi: Çinlə sərhədi gücləndirir...

28-06-2020, 09:10           
Hindistan hərəkətə keçdi:
Hindistan Çinlə yaşanan son gərginlikdən sonra Himalay dağlarında yerləşən Ladakx bölgəsinin müdafiəsini gücləndirməyə başlayıb.

Axar.az "Tayms of İndia"ya istinadən xəbər verir ki, Çin qırıcı təyyarələri və helikopterlərinin yaratdığı problemin qarşısını almaq üçün Hindistanın müdafiə sistemləri bölgəyə yerləşdirilib.

Hindistanın orta mənzilli raket sistemi "Akaş"ı Çinlə sərhədə yerləşdirdiyi bildirilib.

Qeyd edək ki, ötən həftə Hindistan Ladakx bölgəsində yerləşdirdiyi “Apaçi” vertolyotları və qırıcılarının sayını artırmışdı. Əraziyə həmçinin Su-30 MKİ, MiQ-29 və "Yaquar"lar da göndərilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru