Fələstin dövlətinin yaranmasına ən böyük maneə elə ərəblər özləri olacaq.

Bu gün, 11:18           
Fələstin dövlətinin yaranmasına ən böyük maneə elə ərəblər özləri olacaq.
Artıq Böyük Britaniya, Avstraliya və Kanada Fələstin dövlətini tanıdı. Fransa , İspaniya və digər Avropa ölkələrinin də Fələstin dövlətini tanımağa hazırlaşır.
Bu gün Fələstin adminstrasiyasının hökumət partiyasının mətbuat katibi Qəzzada bəyan edib ki, Həmas Qəzzanı Fələstin dövlətinə təslim etməyəcək.
Bu Fələstin dövlətinin gələcəyi üçün böyük təhlükə yaradır. Yeni insan qırğınları , ərazi itirilməsi və siyası baxımından təhlükə , yəni tanınma prosesində bir çox ölkələr tərəddüd edə bilər.
Fələstin dövlətinin yaranmasına ən böyük maneə elə ərəblər özləri olacaq. Necə ki, BMT Baş Assambleyasının 29 noyabr 1947-ci il tarixli 181 saylı qətnaməsi ərəb dövlətlərinin tərəfindən pozulması nəticəsində bu qədər Fələstin dövləti qurula bilmir.
Azərbaycan atalar sözü var:
Ağacı qurd içəridən yeyər .
Джавид Дамирли
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru