İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yolu qazdı, lakin bərpa olunmad-Video

Bu gün, 09:31           
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yolu qazdı, lakin bərpa olunmad-Video
Binəqədi rayonu, Arif Hüseynov küçəsində sakinlərin gündəlik həyatı çətinləşib.

Təxminən iki həftə öncə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərazidə şirin su borusunun partlaması ilə bağlı 2 binanın həyətində qazıntı işləri aparıb.

Lakin qazılan yol bərpa olunmadan saxlanıb. Asfalt sökülüb, ortada çuxurlar qalıb. Yağışlı havadan sonra isə palçıq və su gölməçələri yaranıb.

Ən çox problemlə üzləşənlər sürücülərdir. Çünki yaranan palçıq səbəbindən avtomobillərlə həyətdən çıxmaqda çətinlik çəkirlər. Hətta bəzi sürücülər maşınlarını günlərlə evlərinin qarşısından tərpədə bilmirlər.

Sakinlər deyirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticə yoxdur.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ünvanda işlər bitib, asfalt döşənməsinə məsul olan quruma müraciət olunub. Yağışlı hava bitdikdən sonra ərazinin əvvəlki vəziyyətə qaytarılması işləri həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru