Medvedevin hədəsi gündəmdə: NATO-ya yeni xəbərdarlıq gəldi
Bu gün, 11:26
“Ukrayna üzərində uçuşa qadağa zonası yaradılması çağırışları NATO və Rusiya arasında hərbi münaqişəyə birbaşa təhrikdir”.
Referans.az xəbər verir ki, bunu Rusiyanın Brüsseldəki səfiri Denis Qonçar deyib.
Diplomat vurğulayıb ki, bu cür bəyanatlar eskalasiyaya və mövcud böhranın daha təhlükəli mərhələyə keçməsinə gətirib çıxara bilər:
“Ümid edirəm, Brüsseldə sağlam düşüncə formalaşar. Bu, ən pis ssenaridən qaçmaq üçün lazımdır”.
Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də oxşar xəbərdarlıqla çıxış etmişdi. O, Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılmasının NATO və Rusiya arasında silahlı münaqişəyə gətirib çıxaracağını demişdi./Globalinfo.az