Bakının 153 saylı orta məktəbində müəllimləri "təbrik etmək" üçün pul yığılır? - İDDİA/VİDEO

Bu gün, 11:58           
Bakının 153 saylı orta məktəbində müəllimləri "təbrik etmək" üçün pul yığılır? - İDDİA/VİDEO
Bakıda 153 saylı orta məktəbin valideynləri arasında "WhatsApp" qrupunda müəllimləri "təbrik etmək" üçün 50 manatdan pul yığıldığı iddia olunur.

TEREF Xəzər Xəbər-ə istinadən verdiyi xəbərə görə, valideynlər iddia edirlər ki, həmin qrupda elə həmin sinfin rəhbəri Aytac müəllimə də var və baş verənlərdən xəbərdardır.

Digər valideyn də iddia edir ki, 31 şagirddən sinif rəhbəri Beynəlxalq Müəllimlər Günü münasibətilə özünün və rus dili müəlliməsinin fərdi təbrik edilməsini tələb edib.

Valideynlərin iddiası ilə bağlı 153 saylı məktəbin 5-ci sinif rəhbəri Aytac Orucova valideynlərin "WhatsApp" qrupunda olduğunu təsdiqləyib. Amma orada Beynəlxalq Müəllimlər Günü münasibətilə vəsait toplanması məsələsindən xəbərsiz olduğunu deyib. Bir sözlə, bunun valideynlərin öz təşəbbüsü olduğunu bildirib. Aytac Orucova onu da qeyd edib ki, valideynlərə onlardan heç bir təbrik gözləmədiyini deyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, paytaxtdakı 153 nömrəli tam orta ümumtəhsil məktəbində vəsait toplanması iddiası ilə bağlı araşdırma aparılacaq. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru