İnsan nə qədər soyunsa, bir o qədər öz şəxsiyyətini itirir.
Bu gün, 11:54
Britaniya kral ailəsi özünü sivil, nəcib və üstün hesab edir; buna görə də heç vaxt ədəbsiz geyinməz. Onlar üçün örtünmək nəciblik, çılpaqlıq isə aşağılıq hesab olunur. Müstəmləkə xalqlarını çılpaq qoymaqla həm onları aşağıladılar, həm də qul kimi göstərdilər. Afrikada yerli xalqlara paltar geymək qadağan edilib və çılpaq buraxılıb. Avstraliyada aborigen uşaqları ailələrindən alınaraq ənənəvi geyimlərini soyundurublar. Hindistanda yerli geyimi aşağıladılar, qərb üslublu geyimlər tətbiq etdilər. Əslində, qədim zamanlarda qullar çox vaxt çılpaq və ya yarıçılpaq olurdular. Çılpaqlıq həmişə gücsüzlüyün, itaətkarlığın və alçaldılmanın simvolu hesab edilib. Bu gün çılpaqlıq azadlıq deyil; xarakterə, özünə hörmətə və nəcibliyə etinasızlıqdır. İnsan nə qədər soyunsa, bir o qədər öz şəxsiyyətini itirir. Milli Qüvvət