"Samsung" telefonlarında təhlükəsizlik boşluğu aşkarlandı

Bu gün, 11:14           
"Samsung" telefonlarında təhlükəsizlik boşluğu aşkarlandı
Cənubi Koreya texnologiya nəhəngi "Samsung" bütün smartfon istifadəçilərini narahat edən yeni açıqlama verib. Şirkətcihazlara zərərli proqram quraşdırmağa imkan verən "sıfır gün boşluğu"nu (proqram təminatında və ya cihazlarda olan, hələ istehsalçı tərəfindən bilinməyən və düzəldilməyən təhlükəsizlik zəifliyi) aradan qaldırdığını bildirib.

"Samsung"un məlumatına görə, boşluq ilk dəfə bu ilin 13 avqust tarixində "Meta" və "WhatsApp" inkişaf etdiriciləri tərəfindən aşkarlanıb. Təhlükəsizlik zəifliyi "Android 13"dən "Android 16"ya qədər işləyən bütün cihazları təhdid edib. Hazırda boşluğun istismar olunub-olunmadığı və neçə istifadəçiyə təsir etdiyi məlum deyil.

Şirkətin açıqlamasında qeyd olunur ki, boşluq qrafikanın göstərilməsinə cavabdeh proqram kitabxanasında yerləşib. Təcavüzkarlar bu zəiflikdən istifadə etməklə hədəf telefona zərərli proqram quraşdıraraq istifadəçilərin şəxsi məlumatlarını ələ keçirə bilərdilər.

"Samsung" hazırda boşluğu bağlayan təhlükəsizlik yeniləməsini təqdim edib. İstifadəçilərə cihazlarında mövcud olan proqram təminatı yeniləmələrini yoxlamaları tövsiyə olunur. Yeniləmə həyata keçirildikdən sonra əlavə tədbir görülməsinə ehtiyac yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru