ABŞ pandemiyaya məhəl qoymayaraq, iqtisadi sahələri açır

28-06-2020, 10:08           
ABŞ pandemiyaya məhəl qoymayaraq, iqtisadi sahələri açır
ABŞ-ın vitse-prezidenti Mayk Pens ölkənin bəzi bölgələrində infeksiyanın yayılma sürətinin artmasına baxmayaraq, iqtisadi sahələri açmağa davam edəcəklərini deyib.

Bu barədə “İnterfaks” M.Pensin brifinqdə verdiyi açıqlamaya istinadla xəbər yayıb.

Onun sözlərinə görə, amerikalıların həyatını və sağlamlığını qorumaq üçün zəruri tədbirləri görməyə davam etdikləri halda belə ABŞ-ı irəli aparmaq istəyirlər.

Vitse-prezident qeyd edib ki, ölkənin bütün ştatlarında iqtisadi sahələr təhlükəsiz və məsuliyyətli şəkildə açılır.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru