ABŞ bankından bədbin PROQNOZ: - “Dollar bahalaşacaq, neft ucuzlaşacaq”

11-01-2016, 21:14           
ABŞ bankından bədbin PROQNOZ: - “Dollar bahalaşacaq, neft ucuzlaşacaq”
Amerikanın Morgan Stanley bankı 2016-cı ildə dünya neftinin 25% ucuzlaşacağını proqnozlaşdırır.

Modern.az xəbər verir ki. bu barədə “Bloomberg” agentliyi bankın 11 yanvar tarixli müşavirəsinə istinadən xəbər verir. Məlumata görə yaxın aylarda dolların 5% möhkəmlənməsi neftin 10-35% ucuzlaşması demək olacaq.
“Dolların möhkəmlənməsi fonunda neftin 1 barelə görə 20-25 dollara düşməsi mümkündür. Neftin dəyərinə dollar və qeyri-fundamental faktorlar təsir göstərir”.

Morgan Stanley-in analitiklərinin fikrincə, yuanın 15% ucuzlaşması dolların 3,2% bahalaşmasına və nəticədə neftin 30 dollardan aşağı düşməsinə yol açacaq.

Bundan əvvəl, Goldman Sachs bankının ekspertləri neftin 20 dollara qədər ucuzlaşmasını proqnoz vermişdilər.

Bank bunu neft anbarlarının maksimum dolacağı ilə əlaqələndirmişdi. Amerika Ekologiya Nazirliyinin məlumatına görə ölkədə ən böyük neft saxlama anbarı - Kuşinqdə 1 yanvar üçün 63,9 milyon barel neft ehtiyatı toplanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.