Türkiyənin Livanda olan suriyalı qaçqınlara göndərdiyi humanitar yardım paketlərinin “Hizbullah” təşkilatı tərəfindən oğurlandığı iddia olunur.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, oğurlanan ərzaq paketlərinin üzərindəki Türkiyə “Qırmızı Aypara” cəmiyyətinə aid etiketlərin qoparılaraq yerinə İran “Qırmızı Aypara” cəmiyyətinin loqosunun yapışdırıldığı bildirilir.
Sosial şəbəkələrdə bu iddiaları əks etdirən fotolar da yayılıb. “Hizbullah” təşkilatının suriyalı qaçqınlar üzərində, “Sizə sadəcə İran yardım edir” fikri formalaşdırmağa çalışdığı qeyd edib.
Ötən həftə Suriya ilə Livan sərhəddindəki Mədaya qaçqın düşərgəsində məskunlaşan suriyalı qaçqınların aclıqdan ölmə təhlükəsi ilə qarşı-qarşıya qaldıqları, it-pişik əti yedikləri xəbərləri yayılmışdı.