Obama: Dünya mühüm məsələləri Çin və ya Rusiya ilə deyil, ABŞ-la həll edir

13-01-2016, 09:33           
Obama: Dünya mühüm məsələləri Çin və ya Rusiya ilə deyil, ABŞ-la həll edir
Dünya mürəkkəb beynəlxalq problemləri Çin və ya Rusiya ilə deyil, ABŞ-la həll edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ prezidenti Barak Obama illik “Ölkənin vəziyyəti barədə” illik müraciətində bəyan edib.

“Sorğular onu göstərir ki, bizim nüfuzumuz mənim bu vəzifəyə təzə seçildiyim vaxtla müqayisədə hazırda daha yüksəkdir, və söhbət istənilən mühüm beynəlxalq məsələdən gedəndə, bütün dünya insanları lider qismində Pekinə və ya Moskvaya deyil – bizə zəng edirlər”, deyə Obama qeyd edərək, ABŞ-ın tənəzzüllə uğraması barədə söhbətləri “şişirdilmiş” adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.