Rusiyada tanınmış politoloq və jurnalist Vladimir Pribylovsky 59 yaşında ölü tapılıb.
Onun həmkarı və tarixçi Yury Felshtinskynin yanvarın 13-də Feysbuk səhifəsi və sosial şəbəkələrdə yazdığına görə, Pribylovsky moskvadakı mənzilində ölü tapılıb.
Amma o əlavə məlumatı olmadığını bildirir.
Rusiya rəsmiləri Pribylovskynin ölümü barədə açıqlama verməyib.
Polis 2007-ci ildə onun evində axtarış aparıb, “Korporasiya: Rusiya və prezident Butinin dövrümdə KGB” kitabı ilə bağlı olan kompüter və elektron materialları müsadirə edib.
Felshtinskynin həmmüəllif olduğu bu kitab 2009-cu ildə Nyu-Yorkda dərc olunub.
Pribylovsky 2010-cu ildə müxalifətin hazırladığı “Putin getməlidir” petitsiyasına imza atanlardan biridir.