Ermənistan XİN rəhbəri Qarabağa görə Ukraynanı sərt TƏNQİD ETDİ

1-08-2020, 10:37           
Ermənistan XİN rəhbəri Qarabağa görə Ukraynanı sərt TƏNQİD ETDİ
Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyi tənqid edib. Modern.az Ermənistanın “Şant” televiziyasına istinadən xəbər verir ki, o, Kiyevin natamamlıq kompleksindən əziyyət çəkdiyini düşünür.

“Ukraynanın Qarabağ münaqişəsinin mahiyyətini anlamaqla bağlı kompleksləri var. Bu komplekslər münaqişənin tarixi, əhəmiyyəti və s. özünü biruzə verir. Bu baxımdan aramızda fikir ayrılığı var”.

Mnatsakanyan son 2 ildə Kiyevlə danışıqlar apardığını və Kiyevin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyişdirməyə çalışdıqlarını əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.