İran açıqladı: Terror təşkilatının lideri ələ keçirildi

1-08-2020, 16:15           
İran açıqladı:
İran “Tonder” terror təşkilatının lideri Cəmşid Şarməhdi ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

“İranda silahlı aksiyalar və təxribat əməliyyatlarını ABŞ-dan idarə edən “Tonder” terror təşkilatının lideri Cəmşid Şarməhd Kəşfiyyat Nazirliyi tərəfindən saxlanılıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, “Tonder” terror təşkilatı 2018-ci il 12 aprel tarixində Şiraz şəhərində terror aktı törətməkdə ittiham edilir. Həmin hadisə zamanı 14 nəfər ölüb, 215 nəfər isə yaralanmışdı. Bundan başqa, təşkilat tərəfindən İranda bir neçə təxribat xarakterli hücumların törədildiyi iddia olunur.

Təşkilatın lideri sayılan C.Şarməhd ABŞ-ın Kaliforniya ştatında media vasitəsilə İran əleyhinə fikirlər səsləndirməklə məşğul olurmuş.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.