"Bizi kölələşdirən maskalardan qurtulmalıyıq" - Almanlar koronavirusa qarşı ayağa qalxdılar

2-08-2020, 12:33           
"Bizi kölələşdirən maskalardan qurtulmalıyıq" -
Almaniyanın paytaxtı Berlində 17 min insan koronavirusla bağlı alınan tədbirlərə qarşı etiraz aksiyası keçirib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, aksiya zamanı nümayişçilər maska taxmayıb.
Nümayişçilər çıxışlarında azadlıq tələb edib: “Demokratiyaya qayıtmağı tələb edirik. Bizi qul edən maskaları çıxartmalıyıq”.
Etirazçıların əksəriyyəti koronavirusa qarşı görülən tədbirlərin onların hüquq və azadlıqlarını pozduğuna dair fikirlər səsləndiriblər.
Qeyd edək ki, Almaniyada 200 min adam koronavirusa yoluxub, 1000-ə yaxın adam ölüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.