Tramp seçkilərdən sonra Müdafiə naziri ilə bağlı “ölçü götürəcək”

13-08-2020, 10:07           
Tramp seçkilərdən sonra Müdafiə naziri ilə bağlı “ölçü götürəcək”
ABŞ lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, Pentaqonun rəhbəri Mark Esperi vəzifəsindən azad edəcək.

Unikal.org xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.
Lakin Esperin özünün də seçkilərin nəticələrindən asılı olmayaraq istefa verməyə hazırlaşdığı qeyd edilir.

Agentliyin məlumatına əsasən, Amerika lideri müdafiə qurumunun rəhbərinin siyasi fəaliyyətindən narazıdır. Tramp hesab edir ki, Esper prezidentin Rusiyanın Əfqanıstanda amerikalı hərbçiləri öldürməkləri üçün Talibana “mükafat” verməkləri ilə bağlı sözlərinin ictimai şəkildə müdafiəsinə əlindən gələni etməyib.

Həmçinin iyunda Pentaqon rəhbəri ordunun anti-irqçi mitinqlərin qarşısını almaq üçün istifadəsinə qarşı çıxmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru