Rusiyada yüksək vəzifəli şəxs vaksinə görə istefa verdi

13-08-2020, 19:48           
Rusiyada yüksək vəzifəli şəxs vaksinə görə istefa verdi
Rusiya Səhiyyə Nazirliyinin Etik Şurasının rəhbəri Aleksandr Çuçalin vəzifəsindən istefa verib.

Teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, Çuçalin istefa verdiyini elan edərkən qeydiyyata alınan koronavirusa qarşı vaksindən də danışıb. O, peyvəndin arxasında bilinən iki adı xüsusilə qeyd edib. Belə ki, həmin şəxslər peyvəndin hazırlandığı "Gamaleya" Araşdırma Mərkəzinin direktoru Aleksandr Qintsburq və Rusiya Ordusunda polkovnik vəzifəsini icra edən viroloq, prof. Sergey Boriseviçdir.

Çuçalin sözügedən şəxslərdən peyvəndlə bağlı istər Rusiya, istərsə də beynəlxalq səviyyədə qəbul edilmiş nəzarət protokollarının həyata keçirilib-keçirilmədiyini soruşduqda "xeyr" cavabını aldığını bildirib.

O, bu vəziyyəti qəbul edə bilməyəcəyini deyərək tibb elminin ən vacib hissəsi olan "Heç kimə zərər verməmək" etik prinsipinin pozulduğunu söyləyib. Bundan əlavə, A.Çuçalin həmkarlarının bu münasibətinə görə çox məyus olduğunu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru