Rusiya təyyarəsinin F-16-lar tərəfindən vurulmasından sonra Türkiyə ilə münasibətlərimizi yenidən dəyərləndirdik.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova ona ünvanlanan "Türkiyə ilə dostluq üçün nələr etməliyik?" sualını belə cavablandırıb:
"Bəyənmək və ya bəyənməmək anlayışı yoxdur. Milli maraqlar və praqmatik anlayış var. Təbii ki, strateji tərəfdaşlıq əlaqələrimiz var, dostluq əlaqələrimiz də ola bilər. Amma bizim üçün mühüm olan milli maraqlarımızdır".