Bakıdakı UFC turnirində ilk qalib müəyyənləşdi

Bu gün, 00:04           
Bakıdakı UFC turnirində ilk qalib müəyyənləşdi
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində ilk görüş keçirilib.
"Report"un məlumatına görə, “UFC Fight Night”ın birinci qarşılaşmasında Hamdi Abdel Vahab (Misir) Muhammad Usmanla (Nigeriya) üz-üzə gəlib.

Ağır çəkidə üç raund davam edən dueldə Nigeriya təmsilçisi rəqibini məğlub edib.

Qeyd edək ki, əsas döyüşlər saat 23:00-da start götürəcək. “UFC Fight Night”ın əsas duelində ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gələcəklər.

Azərbaycan idmançılarından Tofiq Musayev Qırğızıstandan olan Mıktıbek Orolbai ilə, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə, Nazim Sadıxov isə braziliyalı Nikolas Motta ilə qarşılaşacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.