Vladimir Putinin siyasəti Rusiyanı tam fəlakət vəziyyətinə gətirib və bundan onu əhatə edən bütün dövlətlər əziyyət çəkəcəklər.
Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində ukraynalı tarixçi Yuri Felştinski söyləyib. Onun sözlərinə görə, artıq Rusiyanı fəlakətdən bir addım ayırır. Felştinski həmçinin Rusiyanın öz istəyi ilə Ukraynadan çıxıb getməyəcəyini də bildirib.
Qeyd edək ki, Donbas müharibəsi 2014-cü ilin ortalarından bu yana davam edir. Bu savaşda separatçılara ən böyük dəstəyi Rusiya göstərir. Donbas separatçılarına dəstək və Krımın qanunsuz anneksiyasına görə Qərb ölkələri Rusiyaya iqtisadi sanksiyalar tətbiq ediblər.