Moskvada iyulun 15-dən ilk dəfə koronavirusdan bir gündə 20-dən artıq ölüm qeydə alınıb 29-09-2020, 03:47 Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 23 nəfər ölüb.Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 23 xəstə dünyasını dəyişib".Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 203 nəfərə çatıb. Facebook-da paylaş