“Qarabağla bağlı Rusiya ilə ABŞ-ın mövqeyi üst-üstə düşür” – AÇIQLAMA

17-10-2020, 18:22           
“Qarabağla bağlı Rusiya ilə ABŞ-ın mövqeyi üst-üstə düşür” – AÇIQLAMA
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ və Rusiyanın mövqeyi üst-üstə düşür”.

Bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov açıqlama verib.

O, ABŞ, Rusiya və Fransa liderlərinin birgə Qarabağ açıqlamasını verməsini xoş hadisə sayır.

“ABŞ və Rusiyanın ortaq fikirdə olduğu hadisələr çox azdır. Biz ilk növbədə münaqişə tərəflərini hərbi əməliyyatları dayandırmağa və prosesi ancaq diplomatik məcraya yönəltməyə çağırdıq”.

Səfir Vaşinqtonla Moskvanın məsələ ilə bağlı birgə səylərini davam etdirəcəyinə əminlik ifadə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.