Nazir Sahil Babayevin “Stefano Ricci”dən geyiminin qiyməti nə qədərdir? – FOTO

11-05-2024, 07:54           
Nazir Sahil Babayevin “Stefano Ricci”dən geyiminin qiyməti nə qədərdir? – FOTO
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bu gün Fəxri Xiyabanı ziyarəti zamanı geyimi diqqət çəkib.

TEREF Demokrat.az-a istinadən xəbər verir ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyidir. Bu münasibətlə Azərbaycanın hökumət və dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri qoyublar.

Ziyarətçilər sırasında yer alan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbirə qalstuksuz geyimdə qatılıb. Nazirin bahalı brend olan “Stefano Ricci”dən geyimi ətrafdakı insanların da diqqətini çəkib.

“Stefano Ricci”-nin rəsmi internet saytında isə Azərbaycanlı nazirin geyindiyi “Stefano Ricci – Polo” modelinin qiyməti 1450 avro (2660 AZN) təşkil edir.

Qeyd edək ki, Bakıda ən bahalı geyim mağazalarından hesab olunan “Stefano Ricci”dən geyinən məmurlar arasında Sahil Babayev tək deyil. Buna qədər də Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov və məşhur iş adamı olan qardaşı hacı İbrahim Nehrəmli sözügedən brendə müraciət ediblər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.