Mişustin yeni hökuməti təqdim etdi

12-05-2024, 09:54           
Mişustin yeni hökuməti təqdim etdi
Rusiya Baş naziri Mixail Mişustin Dövlət Dumasına yeni hökumətin tərkibi ilə bağlı təkliflərini təqdim edib.

Təkliflərə əsasən, hazırda fəaliyyət göstərən nazirlərin bəziləri öz postlarını saxlayacaqlar.

Parlamentin aşağı palatası bir həftədən gec olmayaraq namizədlərlə bağlı qərarlar qəbul etməlidir. Bundan əlavə, bütün təyinatlar prezident tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, mayın 10-da Vladimir Putin Mixail Mişustini hökumətin sədri təyin edib. Baş nazir artıq prezidentə federal icra orqanlarının strukturu ilə bağlı təkliflər təqdim edib. \\ Ölkə.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru