İsveçrə “Avroviziya-2024”ün qalibi olub - YENİLƏNİB + VİDEO

12-05-2024, 09:38           
İsveçrə “Avroviziya-2024”ün qalibi olub - YENİLƏNİB + VİDEO
İsveçrə “Avroviziya-2024”ün qalibi olub.

Oxu.Az xəbər verir ki, İsveçrə təmsilçisi 591 xal toplayıb.

İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) təmsilçiləri qərarlaşıb.

23:50

İsveçin Malmö şəhərində “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb.
Oxu.Az-ın məlumatına görə, finalda 26 ölkə mübarizə aparacaq.

Qalib televiziya tamaşaçıları və peşəkar münsiflər heyətinin birgə səsverməsi nəticəsində müəyyən ediləcək.

Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən, Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov müsabiqənin final mərhələsinə vəsiqə qazana bilməyiblər. Onlar birinci yarımfinalın ikinci hissəsində “Özünlə apar” mahnısı ilə çıxış ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru