Yaddaş zəifliyini aradan qaldıran qidalar
12-05-2024, 11:04
Müasir dövrdə yaddaş problemi demək olar ki, hər kəsi narahat edən problemlərdən biridir.
Ahıl insanlara xas olan unutqanlığın başlıca səbəbi orqanizmin qocalması ilə bağlıdır. Lakin hazırda hətta gənclər də yaddaşın pisləşməsindən şikayət edir.
Düzgün qidalanmama, oksigen çatışmazlığı, informasiyanın həddindən artıq yüklənməsi, doyunca yatmamaq və digər bu kimi amillər yaddaşın keyfiyyətini və beynin iş qabiliyyətini aşağı salır. Siqaret, spirtli içkilər və stress də unutqanlıqla nəticələnir.
Publika.Az yaddaşı gücləndirməyin yolları ilə tanış edir.
Pivə mayası beyin yorğunluğunu aradan qaldıran ucuz vasitələrdən biridir. Orta əsrlərdə təbiblər bütün xəstəlikləri müalicə etmək üçün pivə mayası tövsiyə edirdilər. Müasir təbabətdə pivə mayası ən səmərəli üsullardan biri olaraq tanınır. Bunu onlar öz nadir xüsusiyyətlərinə borcludur.
Pivə mayasının tərkibi
B vitamin qrupu – mərkəzi və periferik sinir sisteminin normal işini təmin edir, Parkinson xəstəliyinin yaranmasının qarşısını alır, hüceyrələrin regenerasiyasını sürətləndirir, görmə qabiliyyətini yaxşılaşdırır, qocalma prosesini ləngidir.
Vitamin C, D, E, F və PP.
17 amin turşuları, onların əksəriyyəti əvəzedilməzdir.
Doymamış yağ turşuları
Kükürd, fosfor, sink, dəmir, natrium, kalium, xrom, mis, kalsium, selen və s. – mikroelementlər.
Pivə mayası qara ciyərdə qlikogen sayını artırır, beyin funksiyalarının güclənməsinə kömək edir, diqqət konsentrasiyasını və yaddaşı yaxşılaşdırır.
Bundan başqa, onlar orqanizmə hüceyrələri yeniləməyə kömək edir, xolesterinin səviyyəsini normallaşdırırlar, qanda şəkərin səviyyəsini azaldır və ürək-damar sistemini möhkəmləndirir.
Yaddaşı gücləndirən unikal resept
Bu resept beynin işini fəallaşdırmağa kömək edəcək, yaddaşı yaxşılaşdıracaq və beyinin təbii qocalma prosesini ləngidəcək. Bu, həm də dadlıdır!
İnqrediyentlər:
– 500 mq təmizlənmiş pivə mayası – 2 həb
– 1 yetişmiş banan
– 1 alma
– 2 xörək qaşığı yulaf yarması
– 1 stəkan su
– 1 xörək qaşığı küncüt
– 5 ədəd qoz ləpəsi
Hazırlanması:
Küncüt, yulaf yarması və qoz ləpələrini blendrə töküb qarışdırın. Daha sonra suyu da əlavə edib bir daha qarışdırın.
Qalan digər inqrediyentləri də əlavə etdikdən sonra onları sonuncu dəfə qarışdırın.
Dadını yaxşılaşdırmaq üçün zövqə görə bir az üzüm, xurma və bal əlavə etmək olar. Resepti 1 ay olmaqla gündə 1-2 dəfə yemək aralarında istifadə etmək məsləhət görülür.
Əlbəttə ki, bir vasitə ilə bütün yaddaş problemlərini həll etmək mümkün deyil. Beyin fəaliyyətinin yaxşılaşdırılmasının mühüm şərti istirahətdir. İşdə fasilə verin, kitab oxuyun, musiqi dinləyin, rəqs edin və ya sadəcə piyada gəzin.
Sağlam qidalanın. Rasiona faydalı məhsullar, zəngin vitaminlər qrupu daxil etməyə çalışın ki, beyin yorğunluğu aradan qalxsın.
Vitamini В1 qrupu diqqət konsentrasiyanı və enerjini yaxşılaşdırır. В6 vitamini yaddaşı uzunmüddətli möhkəmləndirir. B qrupu vitaminləri toyuq, yağlı balıq və bananın tərkibində daha çox olur.