Ağ Ev: Bayden hələlik Trampla söhbət etməyi planlaşdırmır

22-01-2021, 07:58           
Ağ Ev: Bayden hələlik Trampla söhbət etməyi planlaşdırmır
ABŞ-ın yeni prezidenti Cozef Baydenin keçmiş dövlət başçısı Donald Trampla görüşü planlaşdırılmır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərə açıqlamasında deyib.

“Söhbət planlaşdırılmır”, - deyə Psaki bildirib.

Qeyd edək ki, Bayden andiçmədən bir qədər sonra Trampdan “ürəyəyatımlı” məktub aldığını bildirib, bununla belə, Trampın andiçmə mərasiminə gəlmədiyini və onunla şəxsən görüşmədiyini əlavə edib. Bayden məktubun özəl olduğunu qeyd edərək, onun məzmununu öz sələfi ilə danışmayana qədər açıqlamayacağını vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru