Antarktikadan 160-dan çox insan təxliyə edilib –Çilidəki zəlzələdən sonra

24-01-2021, 10:36           
Antarktikadan 160-dan çox insan təxliyə edilib –Çilidəki zəlzələdən sonra

Güclü zəlzələdən sonra yarana biləcək sunami təhlükəsi ilə bağlı Çilinin Antarktika Bölgəsində yerləşən bazalardan 160-dan çox insan təxliyə edilib.

Bu barədə məlumat Çilinin Milli Fövqəladə Hallar İdarəsinin tvitter səhifəsində yer alıb.

Qeyd olunub ki, 7 bal gücündə zəlzələdən sonra Frey bazasından 80, O’Hiqqins bazasından 40, Fildes bazasından 10, Prat bazasından 31 nəfər təxliyə olunub.

İdarənin məlumatına görə, evakuasiya Fildes bazasına bitişik beş xarici bazadan da həyata keçirilib. /Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru