Miçiqan ştatının qubernatorunu qaçırmaq istəyən şəxs ömürlük həbs edilə bilər - FOTO

22-01-2021, 08:01           
Miçiqan ştatının qubernatorunu qaçırmaq istəyən şəxs ömürlük həbs edilə bilər - FOTO
ABŞ-da Miçiqan ştatının qubernatoru Gretçen Uitmeri qaçırmağı planlaşdıran şəxs təqsirini etiraf edib.

Bu barədə CNN xəbər verir.

Söhbət 25 yaşlı Tayy Qarbindən gedir. Onu ömürlük həbs cəzası gözləyir.

Eyni zamanda, Qarbin ortaq olduğu iddia edilən beş nəfərin məsuliyyətə cəlb edilməsi üçün istintaqla əməkdaşlığı qəbul edib. Bunun əvəzində prokurorluq onun üçün daha az müddətə cəza istəməyə hazır olduğunu təsdiqləyib.

Xatırladaq ki, 2020-ci ilin dekabrında prokurorluq sözügedən məhkəmə işi ilə əlaqədar Miçiqanın altı sakininə ittiham irəli sürmüşdü.

FTB-yə görə bir qrup ekstremist ABŞ-ın bir neçə ştatının hökumətini devirməyi planlaşdırıb.oxu















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru