Avropa sarı rəngə boyanıb- FOTOLAR

8-02-2021, 07:49           
Avropa sarı rəngə boyanıb- FOTOLAR
Avropada qeyri-adi meteoroloji hadisə baş verib. Fransa, İsveçrə, Andorra və bir neçə başqa ölkənin şəhərləri gözlənilmədən sarı rəngə boyanıb. Qarlı ərazilər, eləcə də xizəksürmə kurort məkanları isə qəhvəyi rəng alıb.

Mütəxəssislər bunu Aralıq dənizi hövzəsində cənub və cənub-şərq istiqamətində əsən güclü isti küləyin (Sirokko küləyi) Saxara səhrasından sarı, narın qum dənələri və müəyyən miqdarda kül kütləsi gətirməsi ilə izah edirlər. Xüsusilə fərqli görüntü Fransada qeydə alınıb. Ölkənin Lion şəhərində, Sona çayı sahilində bütün ərazilər, hətta səma da saralıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru