BMT Baş katibi Rusiya-Ukrayna ilə bağlı diplomatik təşəbbüslərdə iştirak edir

Bu gün, 12:34           
BMT Baş katibi Rusiya-Ukrayna ilə bağlı diplomatik təşəbbüslərdə iştirak edir
BMT Baş katibi ABŞ Prezidenti Donald Tramp tərəfindən Rusiya-Ukrayna münaqişəsi ilə bağlı aparılan son diplomatik təşəbbüsləri, xüsusilə Ukraynada sülh əldə etmək məqsədilə görülən səyləri çox yüksək qiymətləndirir.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib.

Sözçü əlavə edib ki, Vaşinqtonda aparılan müzakirələr bu səylərin mərkəzində olub: “BMT Baş katibi Antonio Quterreş üçün çox vacibdir ki, bütün tərəflər yaradılan əhəmiyyətli dinamikanı davam etdirərək Ukraynada dərhal atəşkəs və davamlı sülhün təmin olunması məqsədilə inklüziv dialoqa fəal şəkildə qatılmağa davam etsinlər”.

Düjarrik vurğulayıb ki, BMT Ukrayna və Rusiya liderləri arasında planlaşdırılan görüşü gözləyir: “Planlaşdırılan görüş, potensial dialoq formatları və yerləri barədə çox müzakirələr gedir. Biz nəticəni bilirik ki, nəyi görmək istəyirik. Vacib məsələ budur ki, bu münaqişədə birbaşa iştirak edən tərəflər bir-biri ilə birbaşa danışıqlar apara bilsinlər”.

O, həmçinin qeyd edib ki, BMT Baş katibi qarşıdakı günlərdə tərəflərlə bir sıra danışıq və görüşlər keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru