Üçüncü dünya müharibəsi olacaq? - Trampdan açıqlama
Bu gün, 11:58
ABŞ Prezidenti Donald Tramp öz səlahiyyət müddəti ərzində üçüncü dünya müharibəsinin olmayacağını bildirib.
Bu barədə "RİA Novosti" məlumat verib.
"Düşünürəm ki, hər şey üçüncü dünya müharibəsinə doğru gedirdi, amma indi bu artıq baş verməyəcək. Bu, gözəl məqamdır - siz daha bundan narahat olmayacaqsınız", - deyə Tramp ehtimalı qiymətləndirib.