Kyaramyan niyə 30 xüsusi təyinatlı ilə Qarabağa gedib və MTX direktoru vəzifəsindən azad edilib?

8-02-2021, 16:05           
Kyaramyan niyə 30 xüsusi təyinatlı ilə Qarabağa gedib və MTX direktoru vəzifəsindən azad edilib?
"Ermənistan MTX-nin keçmiş direktoru Argişti Kyaramyan MTX-nin 30 xüsusi təyinatlısı ilə Qarabağa gedib. Nikol Paşinyanın onların qarşısında qoyduğu əsas vəzifə həyat yoldaşı Anna Hakobyan və oğlu Aşot Paşinyanın təhlükəsizliyini təmin etmək olub".

Ordu.az xəbər verir ki, bunu öz teleqram kanalında Aram Qabrielyan yazıb.

Onun sözlərinə görə, beləliklə, şəxsi mühafizəçilərindən başqa, Anna Hakobyanın təhlükəsizliyini 10 yaxşı silahlanmış xüsusi təyinatlı təmin edib.

"Qarabağ xüsusi təyinatlıları belə təəccübləniblər ki, Ermənistandan gəlmiş xüsusi təyinatlılar necə silahlı olub. Daha 10 işçi də Aşotun təhlükəsizliyini təmin edib. Digərləri daim Argişti Kyaramyanın nəzarəti altında olub", - deyə Qabrielyan qeyd edib.

O bildirib ki, Nikol Paşinyan Argişti Kyaramyanı Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin keçmiş rəisi Movses Hakobyanı həbs etmək əmrini yerinə yetirmədiyinə görə vəzifəsindən azad edib.

"Paşinyan həyat yoldaşı ilə söhbətdən beş dəqiqə sonra Kyaramyana zəng edir və Ermənistan MTX direktorundan general Hakobyanı həbs etməyi və qandallarla İrəvana gətirməyi tələb edir. Tələb bu cür, qandallarla polis avtomobili ilə gətirmək olub", - deyə o qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.