Ter-Petrosyan Fransa səfiri ilə də görüşdü

9-02-2021, 00:00           
Ter-Petrosyan Fransa səfiri ilə də görüşdü
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan öz malikanəsində Fransa səfiri Conatan Lakotta ilə görüşüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə keçmiş dövlət başçısının mətbuat katibi Arman Musinyan məlumat verib.

Onun sözlərinə görə, tərəflər Ermənistan və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər, respublikadakı daxili siyasi inkişaf perspektivlərinə toxunublar.

Həmçinin, sosial-iqtisadi və humanitar xarakterli bir sıra problemlərə diqqət çəkilib.

Xatırladaq ki, Ter-Petrosyan bundan əvvəl Rusiya və Amerika səfirləri ilə də görüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru