Alimlər Marsda oksigen, qida və dərman yaratmaq üçün zəruri olan hər şey tapıblar - FOTO

17-02-2021, 09:48           
Alimlər Marsda oksigen, qida və dərman yaratmaq üçün zəruri olan hər şey tapıblar - FOTO
Marsda bakteriyaların köməyi ilə oksigen, qida və dərman yaratmaq üçün hər şərait var.

“Daily Star”ın məlumatına görə, alman alimlər bu barədə uzunmüddətli tədqiqatlardan sonra xəbər veriblər.

Bildirilir ki, oksigen sərbəst buraxan bakteriyalar Mars şəraitində torpaq və atmosferdə sərbəst şəkildə böyüyə bilər, həmçinin digər həyat formaları üçün istifadə edilə bilər.

“Siyanobakteriyalar, aşağı ümumi təzyiqdə Mars atmosferindəki qazları karbon və azot mənbəyi olaraq istifadə edə bilər”, - deyə araşdırmanın aparıcı müəllif dr. Sipriena Verse bildirib.

Alimlər müəyyən ediblər ki, siyanobakteriyalar nəinki Mars tozunu ehtiva edən suda böyümək qabiliyyətini qoruyurlar, həmçinin hələ də digər mikrobları qidalandırmaq üçün istifadə edilə bilirlər.

Eyni zamanda, Dr. Verse qeyd etdi ki, tədqiqat üçün istifadə olunan “Atmosfer” bioreaktoru alimlərin Marsda istifadə edəcəyi becərmə sistemi deyil, daha sonra Marsda təmin olunacaq şəraitin Yerdə yoxlanılmasıdır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru