Paytaxtın restoranlarından birində müxalifətin liderinə hücum edilib.
Ölkə.az xəbər verir ki, Rusiya müxalifətinin liderlərindən biri olan Mixail Kasyanov Moskva restoranlarından birində qafqazlıların hücumuna məruz qalıb.
Məlumata görə PARNAS partiyasının lideri, keçmiş baş nazir Mixail Kasyanova yaxınlaşan iki qafqazlı görkəmli şəxs onun başına tort çırparaq hədələyiblər.
Hadisə yerində olan PARNAS partiyasının sədr müavini Konstantin Merzlikin mediaya verdiyi açıqlamada bildirib ki, qafqazlılar tortu Kasyanovun başına vurduqdan sonra ona "sən düşmənsən, sənin işini bitirəcəyik", deyə hədələyiblər.
Onun sözlərinə görə, onlar restorandan çıxanda çöldə daha 20 nəfər qafqazlının dayandığını görüblər. Kasyanov və Merzlikin hadisə barəsində polisə şikayət ərizəsi yazıblar.
Xatırladırıq ki, bir müddət əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov Kasyanovu öldürəcəyi hədələmişdi.