“Bütün Ukrayna bizimdir…Rus əsgəri hara ayaq basırsa, bizimdir” —

21-06-2025, 08:18           
“Bütün Ukrayna bizimdir…Rus əsgəri hara ayaq basırsa, bizimdir” —
“Rus və Ukrayna xalqları bir xalqdır. Bu mənada bütün Ukrayna bizimdir”.

AzPost bildirir ki, bu sözləri Rusiya prezidenti Putin Peterburq Beynəlxalq İqtisadi Forumunda suallara cavab verərəkən deyib.

Putin Rusiya ordusunun hara qədər gedə biləcəyi barədə sualına belə cavab verib: “Rus əsgərinin ayağı hara basırsa, o da bizimdir”.

Putin bildirib ki, Rusiya heç vaxt Ukraynanın müstəqillik hüququnu şübhə altına almayıb, lakin o, neytral dövlət kimi elan edilib.

Rusiya hər mərhələdə Ukraynaya hərbi əməliyyatları dayandırmağı və danışıqlar aparmağı təklif edirdi.

“Moskvanın Ukraynada dövlət çevrilişindən sonra hərəkətləri Rusiyaya mənəvi bağlı olan əhalini qorumaq məqsədi daşıyırdı. Rusiya Ukraynanın təslim olmasına deyil, yerdə yaranmış vəziyyətin tanınmasına çalışır”-deyə Putin vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru