İsraildə ölənlərin sayı AÇIQLANDI

21-06-2025, 08:24           
İsraildə ölənlərin sayı AÇIQLANDI
Ölkələr arasında qarşıdurma başlayandan bəri İran ordusunun hücumları nəticəsində İsraildə 1200-ə yaxın insan zərər çəkib.
Bu barədə yəhudi dövlətinin hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, ümumilikdə 1217 nəfər xəsarət alıb. 12 nəfərin öldüyü, 49 nəfərin vəziyyətinin ağır olduğu, 1156 nəfərin isə yüngül xəsarət aldığı bildirilir.
İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməklə “Aslan qalxması” əməliyyatına başlayıb. İran buna cavab olaraq “Doğru vəd 3” əməliyyatına başlayıb və İsraildəki hərbi obyektləri vurub.
Hər iki ölkədəki zərbələr nəticəsində yüzlərlə insan yaralanıb, İran və İsrail isə bir-birinə hücumları davam etdirir. \\Demokrat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru