Türkiyə "Google"a qarşı araşdırmaya başladı

21-06-2025, 07:54           
Türkiyə "Google"a qarşı araşdırmaya başladı
Türkiyə Raqabət Təşkilatı "Google" şirkətinin "Performance Max" kampaniyası vasitəsilə onlayn reklamçılıq sahəsindəki gücündən sui-istifadə edib-etmədiyini müəyyənləşdirmək məqsədilə istintaqa başlayıb.

Valyuta.az xəbər verir ki, "Alphabet Inc.", "Google Ireland Limited", "Google LLC", "Google International LLC" və "Google Reklamcılık ve Pazarlama Ltd. Şti." şirkətlərindən ibarət iqtisadi vahidə (Google) qarşı istintaq açılması qərara alınıb.

Rəqabət Təşkilatının açıqlamasına əsasən, "Google" şirkətinin 4054 saylı Rəqabətin Qorunması Haqqında Qanunu pozub-pozmadığını müəyyən etmək məqsədilə həmin təsərrüfat subyekti barəsində eyni qanunun 41-ci maddəsinə uyğun olaraq 12.06.2025 tarixli və 25-22/519-M saylı qərarla istintaq başladılıb.

Açıqlamada qeyd olunub:

"İstintaqın mövzusunu "Google Ads" platformasında təqdim olunan "Performance Max" (PMAX) kampaniyası vasitəsilə "Google"un axtarış əsaslı onlayn reklam xidmətlərindəki gücünü digər onlayn reklamçılıq xidmətlərinə transfer etməsi, PMAX kampaniyasından istifadə edən reklamverənlərə qarşı istismar xarakterli tətbiqlər həyata keçirməsi və məlumatların birləşdirilməsi yolu ilə 4054 saylı Qanunun 6-cı maddəsini pozduğu iddiaları təşkil edir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru